Avroliqanın A qrupunun oyunları başa çatdı və pley-offa yüksələn iki komandanın adına aydınlıq gəldi.
"Yanq Boyz" - "ÇFR Kluj" görüşündə qələbə qazanan tərəf 1/16-in sevincini yaşayacaqdı. Heç-heçə isə isveçrəlilərə sərf edirdi.
Offsideplus.az xəbər verir ki, oyunun sonları gərgin keçib. Rumınlar 84-cü dəqiqədə Gabriel Dabeliju ilə hesabda önə keçib. 5 dəqiqə sonra hakim qonaqların qapısına şübhəli penalti təyin edib. Bu an Benot Bastienin qərarına etiraz edən Kristian Balqradean qarşısında "qırmızı" görüb. 90+3-cü dəqiqədə "nöqtə"yə yaxınlaşan Jan Pyer Nsamenin zərbəsi dəqiq olub. Qonaqlar oyuna mərkəzdən başlayan kimi bir neçə saniyə əvvəl qol vuran Nsame kobud oyuna görə meydandan qovulub. 2 dəqiqə sonra "ÇFR Kluj"un üzvü Damyan Cokoviç də vaxtından əvvəl paltardəyişmə otağına göndərilib.
Qol vurmaq üçün irəli atılan rumınlar 90+6-cı dəqiqədə əks-hücumda yaxalanaraq qapılarında növbəti qolu görüblər - 1:2. Yeri gəlmişkən, dördüncü hakim oyuna 5 dəqiqə əlavə olunduğunu bildirsə də, baş hakim qarşılaşmanın final fitini 100-cü dəqiqədə səsləndirib.
Oyunun icmalını təqdim edirik: