"Vilyarreal"ın futbolçusu Pau Torres "Qarabağ"la təxirə salınan oyun barədə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində kütləvi yoluxma baş verdiyindən oyun təxirə salınıb. "Vilyarreal"ın müdafiəçisi Torres oyunun keçirilmə ehtimalının az olduğunu və görüş baş tutmasa daha yaxşı olacağını bildirib:
"UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar. Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
Qeyd edək ki, dekabrın 10-da baş keçirilməli olan, lakin ləğv edilən qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.