Avroliqanın 3-cü turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, gözlənildiyi kimi, Yusuf Yazıcı hamıdan üstün olub. UEFA həm Çempionlar Liqası, həm də Avroliqanın hər turundan sonra saytı vasitəsi ilə oxucular arasında sorğu təşkil edir ki, "Milan" - "Lill" qarşılaşmasında qonaqların heyətində het-trik edən Türkiyə millisinin üzvü böyük rəğbət qazanıb.
Yusuf səsvermədə PAOK-lu Andriya Jivkoviç, "Bayer"dən Leon Bayley və "Sparta"dan Lukas Julisi geridə qoyub.