"Qarabağ"ın futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına uduzduqları görüşdən sonra "Instagram" hesabında hisslərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin yeganə qoluna imza atan qanalı forvard istədikləri nəticəni qazana bilmədiklərini yazıb: "İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqası turnirində ilk dəfə qol vurduğum üçün xoşbəxtəm. Gələn həftə döyüşə davam edəcəyik və daha güclü qayıdacağıq".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir. .