İspaniya "Vilyarreal"ı sabah UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Unay Emeri oyun öncəsi keçirilən mətbuat konfransında bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm. Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".