Avropa Liqasının II təsnifat mərhələsinə yüksələcək 72 komandadan 70-inin adı bəllidir.

Offsideplus.az xəbər verir ki, püşkatmada hansı klubun hansı səbətdə yer alacağı indidən bəllidir. 

Avropa Liqasında mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi” klubu səpələnməmişlər səbətindədir. Paytaxt klubunun potensial rəqibləri sırasında “Tottenhem”, “Milan”, "Reyncers", "Qalatasaray", “Volfsburq” kimi klublar da var.

Səpələnmişlər: “Tottenhem” (İngiltərə), “Bazel” (İsveçrə), “Kopenhagen” (Danimarka), “Volfsburq” (Almaniya), APOEL (Kipr), BATE (Belarus), “Qalatasaray” (Türkiyə), “Malmö” (İsveç), “Partizan” (Serbiya), “Standard” (Belçika), “Styaua” (Rumıniya), “Qranada” (İspaniya), “Milan” (İtaliya), “Reyncers” (Şotlandiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Reyms” (Fransa), “Fehervar” (Macarıstan), “Rio Ave” (Portuqaliya), “Dinamo” (M, Rusiya), “Slovan” (Çexiya), “Hayduk” (Xorvatiya), “Şkendiya” (Şimali Makedoniya), “Kolos” (Ukrayna), “Villem” (Niderland), TNS (Uels), “Yablonets” (Çexiya), “Lex” (Polşa), “Hartberq” (Avstriya), “Aberdin” (Şotlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Orxus” (Danimarka), “Motervell” (Şotlandiya)

Səpələnməmişlər: “Kukesi” (Albaniya), “Servett” (İsveçrə), “Aris” (Yunanıstan), OFİ (Yunanıstan), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Linkoln” (Cəbəllütariq), “Topola” (Serbiya), “Osiyek” (Xorvatiya), “Höteborq” (İsveç),  “Hammarbü” (İsveç), “Bodo Qlimt” (Norveç), “Vikinq” (Norveç), “Proqress” (Lüksemburq), “Riterlay” (Litva), MOİK (Bolqarıstan), “Honved” (Macarıstan), “Kaysar” (Qazaxıstan), “Neftçi” (Azərbaycan), B-36 (Farer adaları), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Teuta” (Albaniya), “Renova” (Şimali Makedoniya), “Borats” (Bosniya və Herseqovina), “Lokomotivi” (Gürcüstan), “Laçi” (Albaniya), “Hibernians” (Malta), “Dunayska” (Slovakiya), “Bala Taun” (Uels), “Sfantul” (Moldova), “Şemrok Rovers” (İrlandiya), “Kolreyn” (Şimali İrlandiya), “Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi, “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi.

Qeyd edək ki, Avropa Liqasının II Təsnifat mərhələsinin püşkatma mərasimi avqustun 31-də keçiriləcək.