"Keşlə" klubunun baş məşqçisi Yunis Hüseynov komandanın futbolçusu Con Kamara barədə danışıb.
Sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Laçi" ilə qarşılaşmadan əvvəl mətbuat konfransına qatılan mütəxəssis Offsideplus.az-ın sualını da cavablandırıb.
Yunis Hüseynov "Sumqayıt"la oyunda meydanda olmayan Kamaranın sabahkı matçda çıxış edəcəyini bildirib:
"Con "Sumqayıt"a qarşı oyunda deyildi, çünki ayağında bir az ağrı var idi. Ancaq indi oynamağa hazırdır və "Laçi"yə qarşı oyunun bir hissəsi olacaq".
Qeyd edək ki, "Keşlə" - "Laçi" matçı sabah "Ask Arena"da keçiriləcək.