UEFA Avropa Liqasının 1/4 finaIında İngiltərənin "Mançester Yunayted" klubu Kölndə Danimarka "Kopenhagen"i ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, əsas vaxt qolsuz yekunlaşıb. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Bruno Fernandeşin penalti qolu həll edib - 1:0.
Oyundan sonra maraqlı epizod yaşanıb. "Kopenhagen"in kapitanı Zeka komandası məğlub olsa da, azarkeşi olduğu "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşeri qələbə münasibəti ilə təbrik etmək fürsətini qaçırmayıb. Final fitindən sonra Zeka norveçli mütəxəssisə "Mançester Yunayted" üçün gördüyü işlərə görə təşəkkür edib. Sulşer isə həmin vaxt Bruno Fernandeşi göstərərək onun böyük rolu olduğunu bildirib.
Həmin görüntüləri təqdim edirik: