Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Offsideplus.az xəbər verir ki, Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək oyunlarda cütlərin taleyi bir oyunda müəyyənləşib.
Bu gün iki oyun keçirilib İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"inə 1-0, İtaliya "İnter"i isə Dusseldorfda Almaniya "Bayer"i (Leverkuzen) 2-1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/4 final mərhələsinin bu gün baş tutacaq oyunlarında İngiltərənin "Vulverhempton" klubu İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrənin "Bazel" komandası ilə qarşılaşacaq.
Avropa Liqası, 1/4 final mərhələsi
10 avqust
23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0
Qol: Bruno Fernandeş, 94-pen.
23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1
Qollar: Barella, 15 (1:0), Lukaku, 21 (2:0), Haverts, 24 (2:1)