UEFA "Kopenhagen"in forvardı Santosu 3 oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu Avropa Liqasının 1/16 finalında "Seltik"lə oyunda qol sevincini qeyd edərkən mühafizəçini itələmişdi.
27 yaşlı futbolçu "Başakşəhər"lə Avrupa Liqasının 1/8 finalının cavab matçında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə təmsilçisi martın 12-si keçirilən ilk oyunda "Kopenhagen" üzərində minimal hesablı qələbə qazanıb.