UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçında İngiltərənin "Mançester Yunayted" klubu Portuqaliya "Brügge"sini 5-0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, ilk oyunda "Brügge" rəqibinə ciddi müqavimət göstərsə də (1:1) Mançesterdəki oyunun ilk hissəsində artıq hesab 3:0 olub. 

Oyunun dönüm nöqtəsi 22-ci dəqiqədə yaşanıb. "Brügge"nin müdafiəçisi Simon Deli açıq əllə topun qarşısını kəsib. Oyunun niderlandlı hakimi Serdar Gözüböyük oyunçuya dərhal qırmızı vərəqə göstərib, "Brügge"nin qapısına penalti təyin edib.

Hakim daha sonra nə düşünbsə, açıq-aşkar gördüyü, tərəddüd etmədən qırmızı kart göstərdiyi epizodla bağlı videotəkrar izləyib. Hakim qərarını dəyişməyib, Simon Deli paltardəyişmə otağına yollanıb, Bruno Fernandeş isə penalti zərbəsi ilə hesabı açıb. 

Məşhur ingilis jurnalist Maykl Koks hakimin bu epizod üçün VAR izləmə səbəbini yumorla izah edib:

- Hakimin Deli ilə bağlı epizodda VAR-a müraciət etmə səbəbini kimsə mənə izah edə bilər?

- Referiyə epizod gülməli gəlmişdi və onu təkrar izləmək izləmişdi.