UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Stiven Cerrardın baş məşqçisi olduğu Şotlandiya "Reyncers"i Portuqaliyanın "Braqa" klubu qəbul edib.
Oyun meydan sahibləri üçün yaxşı başalamayıb. "Braqa" Fransarcionun qolu ilə hesabda önə keçib. 59-cu dəqiqədə Abel Ruiz qonaqların üstünlüyünü 2 topa yüksəldib. 67, 75 və 82-ci dəqiqədə vurulan qollarla "Reyncers" oyundan qalib ayrılıb - 3:2. Şotlandiya klubunun heyətində Lanis Haci dubl edib, digər qolu isə Aribo vurub.

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.