“Sevilya”nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, o, Ağdam klubunda güclü futbolçuların olduğunu bildirib.
- Buna qədər “Atletik” və “Atletiko” Azərbaycan klublarına qarşı oyunlarda büdrəyib. Bundan xəbəriniz varmı?
- Sabahkı oyunda xal itkisi sizin üçün nə demək olar?
- Bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq.
- Qarşıdan “Real”la çempionat oyununuz gəlir. Bunu nəzərə alıb, sabah heyətdə rotasiya etmək fikriniz varmı?
- Bizim üçün sadəcə bir oyun var, o da “Qarabağ”a qarşı.
- Avropa Liqasında ilk oyununuz olacaq. Məqsəd nədir?
- Sabah avrokuboklarda ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik.
- Start heyətini müəyyənləşdirmisinizmi?
- Sabah ən yaxşı heyəti meydana buraxacağıq.
- Hansı dəyişiklikləri planlaşdırırsınız?
- Bunu sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər.
- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.(qol.az)