UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş" öz meydanında Danimarka təmsilçisi "Midtyullann"ı qəbul etdi.
Offsideplus.az xəbər verir ki, "Qara Qartallar" rəqibini 1:0 hesabı ilə məğlub edərək cavab oyunu öncesi vacib üstünlük əldə etdi.
- 15' Qırmızı vərəqə: "Midtyullann"ın hücumçusu Fridey Etim Tiyaqo Djaloya qarşı etdiyi kobud fol səbəbindən İspaniyalı baş hakim Rikardo de Burqos tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı və qonaqlar 10 nəfər qaldı.
- 26' Möhtəşəm qol: "Beşiktaş"ın milli ulduzu Orkun Kökçü Vaclav Çerninin pasından sonra cərimə meydançasının xaricindən uzaq küncə vurduğu estetik zərbə ilə komandasını öne keçirdi.
- Meydanda yeni üzlər: "Beşiktaş"ın yeni baş məşqçisi Vinçenzo İtaliano Aleksander Nübel, Salih Özcan və İlhan Fakılını ilk 11-də meydana buraxdı.
Cavab matçı 30 iyul tarixində Danimarkanın Herninq şəhərindəki "MCH Arena"da keçiriləcək.


