Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – ÇSKA (Sofiya) qarşıdurması qolsuz bərabərliklə başa çatıb – 0:0.

Offsideplus.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Sofiya təmsilçisinin baş məşqçisi Xristo Yanev jurnalistlərin suallarını cavablandırıb.

​Mətbuat zalına daxil olarkən bolqarıstanlı media nümayəndələri tərəfindən alqışlarla qarşılanan və təbrik edilən mütəxəssis, ilk növbədə qarşılaşmanı dəyərləndirib:

“Çox vacib oyun idi. Futbolçularım meydanda yaxşı mübarizə apardılar. Ailələrinin də izlədiyi bu görüşdə oyunçularımın motivasiyası kifayət qədər yüksək idi. İnanıram ki, cavab matçında da eyni əzm küncündə olacağıq”.

​Taktiki gedişlər və komandadakı əhval-ruhiyyəyə toxunan Yanev riskə getmək istemədiklərini bildirib:

“Biz hər bir oyuna fərdi olaraq hazırlaşırıq. Bəzi futbolçularda narazılıqlar var idi, buna görə də risk etmək istəmədik. Cavab oyununa daha yaxşı hazırlaşacağıq”.

​Mütəxəssis “Qarabağ”la heç-heçənin onlar üçün uğur sayılıb-sayılmaması ilə bağlı suala cavab verərkən rəqibin gücünü etiraf edib:

“‘Qarabağ’ çox güclü komandadır. Meydanda başqa cür vəziyyət də yarana bilərdi”.

​Azarkeş amilinə də toxunan bolqar çalışdırıcı, dolu tribunaların futbolçularına təsir etdiyini gizlətməyib:

“Bizim azarkeşlərimiz yanımızda olmasalar da, dəstəklərini hiss etdirirdilər. Amma rəqib azarkeşlərin tribunaları tam doldurması futbolçularımı müəyyən qədər narahat hiss etdirirdi”.

​Sonda matç ərzindəki gərgin reaksiyalarına aydınlıq gətirən Yanev üzr istəməyi də unutmayıb:

“Mən emosional insanam. İşimi çox sevdiyim üçün bəzi anlarda etiraz edərək reaksiya verirəm. Əgər bu kənardan başqa cür görünübsə, buna görə üzr istəyirəm”.