Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa Çempionatının yarımfinalında Türkiyə (2:1) üzərindəki qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qazandıqları nəticə ilə fəxr etdiklərini bildirib:

"Turnirin bu mərhələsinə vəsiqə qazanmaq bizim üçün xüsusidir. İspaniya, İngiltərə və Fransa ilə eyni sırada olduğumuza görə fəxr edirəm. Növbəti oyunumuz İngiltərəyə qarşı olacaq. Finala çıxsaq, istərdim ki, İspaniya ilə qarşılaşaq. Çünki fransızlarla qrup mərhələsində üz-üzə (0:0) gəlmişdik".

"Narıncılar" iyulun 10-da İngiltərəni məğlub etməyə çalışacaqlar.