AVRO-2024-ün seçmə mərhələsinin V turunda Azərbaycan millisi Belçika yığmasına 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi matç barədə fikirlərini bölüşüb.
"Dediyim kimi bizi ağır oyun gözləyirdi. 90 dəq ərzində yaxşı oyun göstərdik. Çox şeyi inkişaf etdirməliyik. İlk hissədə.olduğu kimi şanslarda istifadə edib, rəqibə qol vurmalıyıq. Nəticə daha yaxşı ola bilərdi. Məni sevindirən hal bu oldu ki, prezident oyundan sonra gəlib, futbolçularla danışdı, yaxşı oyuna görə təşəkkür etdi".
İtaliyalı mütəxəssis əvəzetmələr barədə bu sözləri deyib:
"Meydana daxil olan futbolçular işini gördü, qorxmadılar. Meydandan çıxanlar yorulmuşdu. Meydana çıxanların oyunu xoşuma gəldi. Belə oyunlarda meydana daxil olub oynamaq çətindir, bunun öhdəsindən gəldilər. Bunu qeyd etmək istəyirəm ki, əvəzlənənlər pis oyun sərgiləməmişdi. Sadəcə enerjiləri bitmişdi".
Günay Xəlil