AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 9-da Belçika yığması ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını açıqlanıb. 

Azərbaycan – Belçika: Açıq məşq və mətbuat konfransı
8 sentyabr
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Belçika milli komandası
14:00. Mətbuat konfransı
12:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq. KİV nümayəndələrini “Dalğa Arena”ya aparacaq avtobus saat 16:30-da Atatürk parkının (Gənclik metro stansiyası) qarşısından yola düşəcək.