Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı oyundan öncə Belçika millisini tərk edib.
Offsideplus.az xəbər verir ki, buna "Real Madrid"in qapıçısının baş məşqçi Domeniko Tedeskonun qərarları ilə razılaşmaması səbəb olub. Belə ki, Kevin De Brüynenin yoxluğunda belçikal qolkiper əsas kapitan olmağa ümid edib.
Baş məşqçi Tedesko məsələ ilə bağlı bu sözləri deyib:
"Hamımız birlikdə qərar verdik ki, Avstriyaya qarşı oyunda Lukaku, Estoniya ilə oyunda isə Kurtua kapitan olsun. Avstriyaya qarşı oyundan sonra Kurtua mənə yaxınlaşdı və qəfil danışmaq istədi. Dedi ki, evə gedir, çünki məyusdur və inciyib".
Qeyd edək ki, Belçika yığması Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində F qrupundakı rəqiblərindəndir.
Günay Xəlil