Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi 0:5 hesabı ilə İsveçə məğlub olub.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni de Byazi oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İtaliyalı mütəxəssis milli komandanın performansı barədə bu sözləri deyib: "İkinci qola qədər oyunda idik, fikirləşirəm ki, əla oynadıq. Rəqibə qarşı bizim də imkanlarımız oldu, heç-heçə edə bilərdik. Fiziki cəhətdən bizdən güclü idilər. Bu ritm bizə çox çətinlik yaratdı. Qeyd etmək istəyirəm ki, birinci hissədə topla çox oynayırdıq, rəqibi çətinə salmışdıq. Komanda bizdən reytinqdə 100 pillə irəlidədir. Nəticə bizim üçün acıvericidir, lakin oyunçularımla bağlı heç nə deyə bilmərəm".
O, "yeni müqavilə təklif olunsa, qəbul edəcəksiz?", sualını belə cavablandırıb: "Bu suala müqavilə bitəndə cavab verəcəm".