Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla qarşılaşmasından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 64 yaşlı mütəxəssis yığmamızın topa sahib olmağı bacaran güclü komanda olduğunu deyib:
"Topa sahib olmağı bacaran güclü komandaya qarşı oynayacağıq. Rəqib ardıcıl 5 oyundur ki, uduzmur. Heyətimizdə itkilər var. Bunların öhdəsindən gəlmək üçün kifayət qədər keyfiyyətimiz var. Komanda məşqdə çox yaxşı təsir bağışladı. Tam əminəm ki, oyuna güclü tərəflərini meydanda göstərəcək komanda ilə çıxacağıq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik".
Xatırladaq ki, Avstriya - Azərbaycan qarşılaşması 24 mart tarixində, Bakı vaxtilə saat 23:45-də baş tutacaq.