Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabıyla başa çatıb.

AVRO-2023

Seçmə mərhələ

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya 1:1

Qol: Daniel Hokans, 75, Rauf Hüseynli, 86
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”