Bu gün Avro-2020-nin 1/8 final mərhələsi çərçivəsində Fransa ilə İsveçrə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, fransızlar meydana ciddi itkilərlə çıxacaq. Belə ki, millinin 5 futbolçusu isveçrəlilərə qarşı oynaya bilməyəcək. Bunlar daha öncə zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşdırılan Osman Dembele, Portuqaliya ilə matçdan dərhal sonra xəstəxanaya aparılan Lukas Dindir. Daha 3 futbolçunun axşamkı matçda iştirak edəcəyi inandırıcı deyil. Bunlar Tomas Lemar, Lukas HernandesMarkus Türamdır. 

Qeyd edək ki, Fransa - İspaniya cütünün qalibi 1/4-də Xorvatiya - İspaniya görüşünün qalibi ilə qarşılaşacaq.