Belçika millisi və "İnter"in futbolçusu Romelu Lukaku insanların ona dəyər vermədiklərini dilə gətirib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya ilə oyundan öncə açıqlama verən 28 yaşlı hücumçu özünü Robert Levandovski, Kərim Benzema və Harri Keyn kimi futbolçuların yer aldığı klass oyunçular sırasında görmək istəyir:
"İnsanlar Levandovski, Benzema və Keyn barədə danışarkən onları klass futbolçu adlandırırlar. Mənə gələndə isə, sadəcə deyirlər ki, "yaxşı formadadır". Bu məni daha çox çalışmağa motivasiya edir. Mən də klass futbolçuların olduğu siyahıya daxiləm".
Qeyd edək ki, Belçika - Portuqaliya matçı bu gün saat 13:00-da başlayacaq.