Avropa çempionatının 1/8 finalında Danimarkaya uduzduqları oyundan sonra (0:4) Uels millisinin kapitanı Qaret Beyl müsahibə verib.
Offsideplus.az xəbər verir ki, jurnalist ona millidəki gələcəyi barədə sual verib: "Dünən sizdən soruşmuşdular ki, Uels millisində bu oyun sizin üçün sonuncu olacaq? Daha bir oyuna çıxmaq istədiyinizi demişdiniz".
31 yaşlı hücumçu "BBC" müxbirinin bu sualından sonra kameraya gözlərini süzdürüb və müsahibəni yarımçıq qoyaraq uzaqlaşıb.
Həmin görüntüləri təqdim edirik: