Avropa çempionatının C qrupunda Şimali Makedoniya millisi Niderlandla qarşılaşıb.

 Offsideplus.az xəbər verir ki, rəqib üzərində 3:0 hesablı qələbə qazanan "narıncılar" 9 xalla qrupu lider olaraq başa vurub.

2-ci yeri tutan Avstriya millisi 1/8 finala yüksəlib, Ukrayna millisinin taleyi qrup üçüncülərinin nəticəsindən asılı olacaq. Şimali Makedoniya isə qrupda qalıb.

Oyunun icmalını təqdim edirik:

Şimali Makedoniya - Niderland 0-3 (M.Depay, 24. C.Veynaldum, 51, 58.)