Fransa - Macarıstan görüşünün (1:1) 57-ci dəqiqəsində meydana daxil olub, yarım saat sonra əvəzlənən Osman Dembelenin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, "Barselona"nın üzvü üçün Avropa çempionatı başa çatıb və o, millinin düşərgəsindən kənarlaşdırılıb. Dembele xroniki zədəsini təzələyib. Onun hansı müddətə yaşıl meydanlardan kənar qalacağı haqda məlumat verilmir.

Qeyd edək ki, 24 yaşlı forvard Fransa millisində 27 oyunda 4 qol vurub.