Fransa millisinin üzvü Usman Dembele Avropa çempionatını erkən başa vurub.

Offsideplus.az xəbər verir ki, buna 24 yaşlı hücumçunun dizindən zədələnməsi səbəb olub. F qrupunun ikinci turunda Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxan hücumçu sonradan əvəzlənib. 

Qeyd edək ki, Portuqaliya - Fransa matçı iyunun 23-ü saat 23:00-da başlayacaq.