Avro-2020-nin C qrupunda bir qədər əvvəl başa çatan Ukrayna - Şimali Makedoniya oyununun (2:1) ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu ada Ukrayna yığmasının kapitanı Andrey Yarmolenko layiq görülüb.
31 yaşlı hücumçu komandasının ilk qolunu vurmaqla yanaşı, ikinci qolun ötürməsini də verib.