Avro-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və Avro-2020-nin könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristien Eriksenə dəstək nümayiş etdiriblər.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.
Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.