AVRO-2020-nin B qrupu üzrə Bakıda keçiriləcək Türkiyə - Uels matçın hakimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu Artur Diaş idarə edəcək. Ona Rui Taveres və Paulu Soareş yardım edəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyro olacaq.
Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.