AVRO-2020-də Finlandiya ilə matçda huşunu itirərək yerə yıxılan Kristian Eriksen ilk dəfə mətbuata açıqlama verib.
Offsideplus.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı danimarkalı hazırda daha yaxşı olduğunu bildirib:
"Hamınıza təşəkkür edirəm, təslim olmayacağam. Amma nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, hadisədən sonra ölüm təhlükəsi ilə üz-üzə olan Eriksen ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.