Türkiyə millisinin sabiq çalışdırıcıları Bakıya səfər edəcək.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, belə olmasını Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir istəyib. Federasiya başqanı vaxtilə yığmanın "sükanı" arasında olmuş 12 baş məşqçinin AVRO-2020-nin oyunlarını canlı izləməsinə şərait yaradıb. Onların arasında Mustafa Dənizli, Fatih Terim, Ersun Yanal, Abdullah Avcı, Çetin, Oğuz Mirça Luçesku, Qus Hiddink kimi məşhurlar var.
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 4 gün sonra isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.