"Real"ın ulduzu Kərim Benzema yenidən milliyə çağırıla bilər.

Offsideplus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa yığma komandasının baş məşqçisi Didye Deşam 33 yaşlı hücumçunu AVRO-2020 üçün milliyə dəvət etməyi düşünür. O, Benzemanın cari mövsüm göstərdiyi performansı çox bəyənib. 

Son qərarın mayın 19-da Fransa Futbol Federasiyasının rəhbərləri ilə görüşdən sonra veriləcəyi gözlənilir.

Xatırladaq ki, 2015-ci ildə Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuena intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.