Pandemiya səbəbindən bu ilin yayına "sürüşdürülən" AÇ-2020-nin oyunlarına azarkeşlərin buraxılıb-buraxılmayacağına dair sual hələ də cavabsız qalır.
İndiyə qədər məlum məsələ bir neçə dəfə müzakirəyə çıxarılsa da, yekun nəticə hasil olmayıb.
Offsideplus.az xəbər verir ki, sualın yekun cavabı aprelin əvvəlində bilinəcək. Bu barədə UEFA-nın İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya bölgəsi üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin TASS-a açıqlamasında deyib. O bildirib ki, aprelin 7-də aparılacaq müzakirələrin yekununda avarkeşləri maraqlandıran suala cavab veriləcək.
Qeyd edək ki, təşkilatçılar 4 variant üzərində "baş sındırır": tribunaların tam dolması, oturacaq sayının 50-100 faiz arası azarkeşlərin buraxılması, maksimum 30 faiz sayda avarkeşlərin buraxılması, yarışın azarkeşsiz keçirilməsi.