2020-ci ildə keçiriləcək Avropa çempionatı nəzərdə tutulan vaxtda baş tutacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar məlumat verib. Qurum rəsmisi nəzərdə tutulan 12 şəhərin oyunlara ev sahibliyi edəcəyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı pandemiya səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb.
AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməsi planlaşdırılır.