FİFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək Ukrayna – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev olacaq.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Ukrayna – Şimali İrlandiya görüşü noyabrın 17-də keçiriləcək.