Danimarka Futbol Federasiyası gələn ilə təxirə salınan Avropa çempionatının final qarşılaşmasının oyunlarını qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat yer alıb.
Bir müddət əvvəl bildirilmişdi ki, Danimarka 2021-ci ilə təxirə salınan çempionata ev sahibliyindən imtina edə bilər. Çünki Avropa çempionatı "Tur de France”la üst-üstə düşürdü. Amma tərəflər kompromis variant əldə edə biliblər: "Parkenştadium” stadionunun, Kopenhagen şəhərinin rəhbərliyinə, UEFA və "Tur de Franc” rəsmilərinə təşəkkür edirik ki, kompromis variant əldə etmək mümkün oldu. Biz böyük səbirsizliklə 2021-ci ilin idman yayını gözləyirik”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək.