AVRO-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.
Offsideplus.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagenin matçlara ev sahibliyi etməsi təhlükə altına düşüb. Şəhərin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarışdan imtina edəcəyi gözlənilir. Kopenhagen məşhur “Tur de Frans” veloyürüşünün üç mərhələsini qəbul etməlidir. Həmin mərhələlər isə AVRO-2020 ilə eyni vaxta düşür.
Danimarka Futbol İttifaqının prezidenti Yesper Möller də turnirin keçirilmə şansını 50 faizlə dəyərləndirib. UEFA-ya yekun cavab aprelin 30-dək veriləcək.
Qeyd edək ki, AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən paytaxt Bakıda keçiriləcək.