Bu yay keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatı təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, rəsmi qərar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunub. Norveç Futbol Federasiyası rəsmi qərarı açıqlayıb. UEFA-nın rəsmi saytı qərarı yaxın dəqiqələrdə elan edəcək.

Turnirin 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərində təşkil olunmasına qərar verilib.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyul tarixlərində Avropanın 12 şəhərində təşkil olunmalı idi. A qrupunun 3 oyununun və 1/4 final mərhələsinin 1 matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulurdu.