Koronavirusun sürətlə yayılması idman oyunlarına da öz təsirini göstərir.
Offsideplus.az xəbər verir ki, epidemoyanın sürətli artmasından ən çox futbol yarışları zərər görür. Artıq bir neçə liqaların rəhbərləri ölkə çempionatlarının bəzi oyunlarını təxirə salıblar.
UEFA-nın vitse-prezidenti Mixele Uva virusun Avropa Çempionatına təsiri barədə danışıb:
"Ev sahibi olan ölkələrin virusla bağlı qərarlarına uyğun hərəkət etməliyik. Turniri təxirə salmaq və şəhər dəyişikliyi etmək istəmirik. Ancaq ev sahibi olan şəhərlərdən hansısa qaranti verməsə, dəyişiklik etməyə məcbur ola bilərik".
UEFA rəsmisi Çempionlar Liqası və Avropa Liqasının oyunlarının təxirə salınmaq ehtimalları barədə də söhbət açıb:
"Hazırda hər ölkənin vəziyyəti dəyərləndirilir. UEFA hər dövlətin rəsmilərinin virusla bağlı qərarına baxacaq. Əgər koronavirus epidemiyası Avropada istəmədiyimiz hala gələrsə, Çempionlar Liqası və Avropa Liqasını dayandırmaq məcburiyyətində qala bilərik".