Xəbər verdiyimiz kimi, Uels millisinin baş məşqçisi Rayan Giqqz Azərbaycanda səfərdədir.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu gün "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunda olub. Giqqz daha sonra klubun bazasını və "Azərsun Arena"nı ziyarət edib.
"Mançester Yunayted"in əfsanəsinə üzərində adı yazılmış "Qarabağ" forması hədiyyə olunub. Giqqz sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, Uels yığması iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, iyunun 17-də isəTürkiyə ilə qarşılaşacaq. Bundan əlavə, Azərbaycan paytaxtında iyunun 21-də İsveçrə - Türkiyə matçı, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu təşkil olunacaq.