UEFA Türkiyə milli komandasının “Avro-2020”nin Albaniya və Fransa ilə oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, UEFA məsələni araşdırdıqdan sonra Türkiyəyə hər hansı cəza verməyib.
Xatırladaq ki, Albaniya ilə oyunun 90-cı dəqiqəsində Cenk Tosunun qələbə qolundan sonra türk futbolçular Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.
Parisdəki "Stad de Frans"da keçirilmiş oyunun 82-ci dəqiqəsində isə Kaan Ayxanın bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklərini əsgər salamı ilə göstəriblər. Lakin fransalı rejissorlar bu epizodun televiziya ilə nümayişinə imkan verməyiblər.