Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin püşkünü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, noyabrın 16-da Azərbaycan yığması ilə seçmə mərhələ oyununda üz-üzə gəldiklərini xatırladaraq Avropa çempionatında da İsveçrə və Türkiyə ilə ilk iki oyunu Bakıda keçirəcəklərinə diqqət çəkib: "Bu yaxınlarda Bakıda oynamış və qalib gələrək, yaxşı təcrübə əldə etmişik".Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".
Qeyd edək ki, Uels yığması İsveçrə ilə iyunun 13-də, Türkiyə ilə isə iyunun 17-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. İtaliya ilə qarşılaşma isə iyunun 21-də "Olimpiko" stadionunda olacaq.