UEFA, AÇ-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk 2 pilləsində Niderland millisinin üzvləri yer alıb. 2607 xalla Memfis Depay 1-ci, 2518 xalla Frenki de Yonq isə 2-ci olub. İlk 3-lüyü 2401 xalla İngiltərə millisinin qapıçısı Cordan Pikford tamamlayır.

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo isə 1763 xalla 10-cu sırada qərarlaşıb.

İlk 10-luq

1 Memfis Depay (Niderland) – 2607 xal
2 Frenki de Yonq (Niderland) – 2518
3 Cordan Pikford (İngiltərə) – 2401
4 Matteys de Liqt (Niderland) – 2195
5 Yasper Sillessen (Niderland) – 1885
6 Antuan Qrizmann (Fransa) – 1878
7 Bernardo Silva (Portuqaliya) – 1847
8 Ruben Dias (Portuqaliya) – 1785
9 Serxio Ramos (İspaniya) – 1783
10 Kriştiano Ronaldo (Portuqaliya) – 1763