Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun son görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, E qrupunda Azərbaycan yığması Uelsi, Xorvatiya Slovakiyanı qəbul edəcək. Uelsə şansını qorumaq üçün mütləq qələbə lazımdırsa, Xorvatiyaya heç-heçə də kifayət edir.

C qrupunda Almaniya Belarusla, Niderland Şimali İrlandiya ilə qarşılaşacaq. Niderland qələbə qazansa final mərhələsinə yüksələcək. Bbu halda, Almaniya da qalib gələrək qrupun taleyini həll edə bilər.

G qrupunda mərhələni öncədən təmin etmiş Polşa İsrailin qonağı olacaq. Avstriya isə Şimali Makedoniyanı qəbul edəcək. Meydan sahibləri AVRO-2020-yə vəsiqənin taleyini bu oyunda həll etmək ixtiyarındadırlar. Qrupun digər görüşündə hələ nəzəri şanslarını qoruyan Sloveniya xalı olmayan Latviya ilə qarşılaşacaq.

I qrupunda AVRO-2020-yə vəsiqə qazanmış Rusiya və Belçika ilk pillə uğrunda savaşacaq. 

AVRO-2020

Seçmə mərhələ, IX tur

C qrupu

23:45. Almaniya - Belarus

23:45. Şimali İrlandiya - Niderland

Xal durumu: Hollandiya - 15 xal (6 oyuna), Almaniya - 15 (6), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (7), Estoniya - 1 (7).

E qrupu

21:00. Azərbaycan - Uels

23:45. Xorvatiya - Slovakiya

Xal durumu: Xorvatiya - 14 xal (7 oyuna), Macarıstan - 12 (7), Slovakiya - 10 (6), Uels - 8 (6), Azərbaycan - 1 (6).

G qrupu

21:00. Sloveniya - Latviya

23:45. Avstriya - Şimali Makedoniya

23:45. İsrail - Polşa

Xal durumu: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 (8), Şimali Makedoniya - 11 (8), Sloveniya - 11 (8), İsrail - 11 (8), Latviya - 0 (8).

I qrupu

18:00. Kipr - Şotlandiya

21:00. Rusiya - Belçika

21:00. San Marino - Qazaxıstan

Xal durumu: Belçika - 24 xal (8 oyuna), Rusiya - 21 (8), Kipr - 10 (8), Şotlandiya - 9 (8), Qazaxıstan - 7 (8), San Marino - 0 (8).