Uels yığması daha 2 futbolçusu millimizlə AVRO-2020-nin seçmə mərhələ oyununda iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, BBC qapıçı Denni Uordun şəxsi işləri, hücumçu Tom Lourensin isə xəstələndiyi üçün heyətdən çıxarıldığını yazıb.
Bunadək İngiltərənin “Aston Villa” klubunun formasını geyinən müdafiəçi Nil Teylorun şəxsi işləri ilə əlaqədar yığmanın düşərgəsini tərk etdiyi açıqlanmışdı.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq.