Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadası davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün X turun oyunları keçiriləcək.

Kişilərdən ibarət millimiz Monqolustan ilə qarşılaşacaq. Yığmamız 12 xalla 13-cü pillədə qərarlaşıb.

Qadın zəka sahiblərimiz isə Kuba ilə üz-üzə gələcək. Xanımlarımız 13 xalla 12-ci sırada yer alıb.

qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.