34 yaşlı Mario Balotelli hazırda klubsuz olsa da, A Seriyasına qayıtmaq istəyindədir.

Offsideplus.az xəbər verir ki, o, “Mən istənilən komandaya uyğunam, amma hər komanda mənə uyğun deyil” - deyə qeyd edib.

İtaliyada ideal variant tapmaq ümidi ilə xarici klubların təkliflərini geri çevirən futbolçu belə deyib: “Düzgün seçim etməliyəm”.

Balotelli ona qarşı edilən tənqidlərə də münasibət bildirib: “Məşqçilərlə anlaşmazlıqlar normaldır, lakin mən qalmaqallardan kənar olmuşam və paltardəyişmə otağında problem yaratmamışam”.