Misli Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni 4:0 hesablı məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.
"İlk olaraq Azərbaycan Dövlət Suverenliyi Günü ilə hamımızı, xalqımızı təbrik edirəm. Oyuna gəldikdə yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxanda ciddi hazırlıqların olduğunu gördük. Baxmayaraq ki, ilk hissədə 3 qol vurduq. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. "Neftçi"yə və Romana uğurlar arzulayıram".